O yuxusuz gecələrin Səni öldürən düşüncələrin Axı mən olmayanda qədərin kimi hesab edəcən? Hər gecə ağlayıb otağında Sevmədiyin biri yatağında Mənim adımı sayaqlayacan Mənə xitab edəcən Əqrəblər boşuna dayandımı, durub saat, keçmir zaman Of-of, aman- aman Batsın belə dünya, hərkəs yalan-dolan Keçmir zaman, of-of, aman- aman Gizlicə şəklimi saxlayacan Hər gecə hönkür- hönkür ağlayacan Xatirələri varaqlayacan, hələ ki, tab edəcən. Gözlərimin yaşını yerə ələyib Ruhunu xəyallarına bələyib Özünə özün elə zülüm eləyib Hər an əzab edəcən.